Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

ÜDM 3,9% azalıb

2016-cı ilin 11 ayında Azərbaycanda ÜDM istehsalının həcmi 54 mlrd 433,1 mln manat olub. Bu, müqayisəli qiymətlərlə ötən ilin eyni dövründəkindən 3,9% azdır, deyə Dövlətstatkom dekabrın 14-də məlumat verib.

İqtisadiyyatda azalmanın səbəbi tikinti sektorunda istehsalın 27,9% azalmasıdır, deyə DSK bildirir. ÜDM strukturunda tikinti sektorunun payı 10,3% təşkil edib.

Sənaye sektorunda ÜDM-in 37,5%, ticarət və avtonəqliyyat vasitələrinin təmirində 10,7%, kənd təsərrüfatında 5,4%, turizm sənayesi və yeyinti sahəsində 2,5%, nəqliyyat sektoru və anbar təsərrüfatında 6,7%-i istehsal edilib.

Yanvar-noyabr aylarında əhali arasında adambaşına düşən ÜDM 5 min 649,96 manat təşkil edib.

Hökumət 2017-ci ildə 1% real ÜDM artımı gözləyir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir