Nemət Əliyev
Ötən il xam neft hasilatı 700 min ton azalaraq 41 milyon tona düşüb (qaz kondensatı ilə birlikdə).
Hasilat səviyyəsinin azalması neft qiymətlərinin düşməsi hesabına dəyən zərərin daha da böyüməsinə səbəb olub. İtirilən milyardların müəyyən hissəsini kompensasiya etmək məqsədi ilə ölkənin qeyri-neft sektoruna bağlanan ümidlər 2016-cı ildə də boşa çıxıb. Çünki ölkənin qeyri-neft sektorunda da istehsal səviyyəsi aşağı düşüb. Müxtəsəri, ölkəmizin iqtisadiyyatı ötən il zərbə ardından zərbə alıb.
Xatırladaq ki, hasilatın ən yüksək dövrü olan 2010-cu ildə 50,8 milyon ton xam neft hasil edilmişdir. Deməli, 2010-cu ildən sonra xam neft hasilatı 10 milyon tona yaxın və ya 19%-dən çox azalıb.
Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb