Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

“Finca Azərbaycan” ümidsiz vəziyyətdə

Finca Azərbaycan” Bank OLmayan Kredit Təşkilatı 2016-cı ili 38 milyon 661 min manat zərər ilə başa vurub.

Təşkilatınf maliyyə hesabatında bildirilir ki, bu, 2015-ci illə müqayisədə 3 dəfə çoxdur. Təşkilat 2015-ci ilin yekunları üzrə 13 milyon manat zərər açıqlamışdı.

Diqqəti cəlb edən, zərərlər ilə əlaqədar olaraq “Finca Azərbaycan”ın kapitalının mənfiyə düşməsidir. 2016-cı ilin sonunda təşkilatın defisit kapitalı 11 milyon 711 min manat olub.

“Finca Azərbaycan” 2014-cü ilin sonunda 40 milyon manat, 2015-ci ilin sonunda isə 26 milyon 950 min manat kapitala malik idi.

31 Dekabr 2017-ci il tarixində “Finca Azərbaycan”ın 87 milyon 216 min manat cəmi aktivləri olduğu halda öhdəlikləri 98 milyon 927 min manat təşkil edib. Bu, iqtisadi mənada iflas deməkdir. Sadə şəkildə qeyd etsək, kredit təşkilatının borcu alacağından çoxdur.

“Finca Azərbaycan” müştərilərə verdiyi kreditlərə görə böyük zərərə düşüb. Gecikmədə olan kreditlərə görə, təkcə keçən il, 47 milyon 632 min manat ehtiyatlara ayrma nəzərdə tutulub. Lakin təşkilatın 13 milyon 778 min manat xalis faiz mənfəəti ehtiyata ayırmanı təmin edə bilməyib. Nəticədə təşkilatın 33 milyon 854 min manat faiz zərəri yaranıb. Əməliyyat, inzibati və digər xərclərdə üstə gəlindikdə zərər 38 milyon manatı keçib və şirkətin kapitalını silib.

“Finca Azərbaycan”ının faiz gəlirləri 2015-ci illə müqayisədə 2 dəfə azalaraq 63 milyon 89 min manatdan 31 milyon 237 min manata düşüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir