Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Ekspert: “Manatın yeni kəskin devalvasiyası qaçılmazdır”

Ölkənin maliyyə-bank sektorundakı  ağır vəziyyətin kökündə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən qanunsuz istifadəsi durur. Bu fikri maliyyə üzrə ekspert Qulu İbrahimli Turan-ın “Cətin Sual” proqramına müsahibəsində bildirib.

Bundan əlavə, AMB SOCAR-a daha 2 mlrd. manat kredit ayırıb. “Bu addımlar AMB-nin balansını pozub. ABB və Dövlət Neft Şirkətinin xilas edilməsindən ötrü AMB-nin vəsaitlərindən istifadə ölkənin maliyyə sektoru üçün rusk yaradıb”, – ekspert belə hesab edir.

Onun fikrincə, Beynəlxalq Bankın xilas edilməsi üçün gələcəkdə vəsaitin ayrılması daha ağır nətəcələrə gətirib çıxara bilər.

«AMB manatın yeni kəskin devalyasiyası üçün zəmin yaratmaqdan ötrü banklarda və «qara bazar»da qəsdən xarici valyuta qıtlığı yaradır”, – Q.İbrahimli vurğulayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir