Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Gündəm İctimai İnsan haqları Müsahibə Siyasət Sosial-iqtisadi Xəbərlər

İlham Əliyev 186 min nəfəri pensiyadan məhrum edib

AXCP sədri Əli Kərimli


İlham Əliyev hakimiyyəti son 4 ildə “pensiya islahatı” çərçivəsində 186 min nəfər soydaşımızı pensiyadan məhrum edib. Yaşlı və ya əlil soydaşlarımızı aclıqla sınağa çəkmək, onları digərlərinin mərhəmətinə möhtac etmək böyük haqsızlıq, insafsızlıq və namərdlik deyilmi?

4 il əvvəl ölkədə 1 milyon 328 min nəfər pensiyaçı vardısa, 1 iyul 2021-ci il tarixinə onların sayı 1 milyon 214 min nəfərə düşüb. Pensiya alanların sayı 114 min nəfər azalıb. Ancaq bu rəqəm pensiya alanların nə qədər azaldığını tam ifadə etmir.
Belə ki, pensiya yaşı qaldırılmamış ölkə əhalisinin 13,7 faizi pensiya alırdısa, hazırda bu nisbət 12.1 faizə düşüb. Hazırda ölkə əhalisinin 10,139 milyon nəfər olduğunu nəzərə alsaq (başa bəla “islahat” olmasaydı), onların indi də 13.7 faizi pensiya almış olsaydı, hazırda ölkədə pensiya alanların sayı 1.4 milyon nəfər olacaqdı. Ancaq hazırda pensiya alanların sayı cəmi 1 milyon 214 min nəfərdir. Buradan görünür ki, “islahat” dələduzluğu ilə 186 min nəfər pensiyadan məhrum edilib (daha ətraflı şərh bölümündə AXCP İqtisadiyyat Komissiyasının sədri, iqtisadçı alim Nemət Əliyevin yazısında oxuyun).
Bu yolla Əliyev hökuməti yaşlılar və əlilləri pensiyadan məhrum etmək hesabına yalnız bir ildə 740 milyon manata “qənaət” edir. Qənaətmi, yoxsa xalqın ən imkansız təbəqəsindən oğurluqmu? Siz qərar verin.
Təqaüdçünün, əlilin, qazinin pensiyasını kəsib, sonra da sinələrinə döyürlər ki, büdcəmizdə filan qədər profisit – artıq pul var. Belə idarəetmə soyğunçuluq, anti-millilik deyilsə, bəs nədir?

Azadlıq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir