Azərbaycan Televiziyasının Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun adı qalmaqaldan səngimir.
Adı FETO-çularla və Uraynada reputasiyası o qədər də yaxşı olmayan bəzi şəxslərlə birgə hallanan Aslanov bu dəfə qanunsuz tələbə köçürmələrində hallanır. Ukraynadakı mötəbər mənbədən aldığımız məlumata görə, bu şəbəkə hələ nurçu olduqları heç kimə sirr olmayan Elnur Aslanov və Ceyhun Osmanovla münasibətlərindən sonra formalaşıb. Məhz bu üçlüyün səyləri nəticəsində Ukrayna Azərbaycan Gəncləri İttifaqı təsis edilmiş, bundan sonra Azərbaycandan bu ölkəyə tələbə axını güclənmişdi. Maraqlısı odur ki, həmin təşkilata həmin vaxt o təşkilata Mövsüm Aslanovun operatoru Anar Tahirov rəhbər gətirildi.
Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı və xəbəri olmadan elan edilən, ilk vaxtlar qeydiyyatdan keçmədiyi halda bir neçə il fəaliyyət göstərən bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı və Az.TV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun koordinasiyası ilə fəaliyyət göstərdi. Bu dəstə, Azərbaycandan Ukraynaya tələbə gətirir və tezliklə nurçu sektaya cəlb edilirdilər. Nurçu sektasının Ukrayna nümayəndələri Ukraynadakı dövlətinə sadiq azərbaycanlı gəncləri müxtəlif üsullarla yolundan çıxarmağa çalışır, onlarda dövlətlərinə inamsızlıq yaratmaq üçün hər cür əmələ əl atırlar. Heç kimə sirr deyil ki, çox sayda azərbaycanlı tələbələrin təhsil aldığı ölkələrdə yaşayan azərbaycanlılar üzərində güc yaratmaq ehtiyacını ödəmək elə də ucuz başa gəlmir. Bunun üçün təşkil olunan konfranslara, forumlara ancaq dincəlmək və əylənmək məqsədilə gələnlər təşkilatçılar tərəfindən görüntü yaratmaq üçün dəvət edilsələr də, nurçuların əsas aktivi bu cür tədbirlərdə əhatə dairələrini genişləndirərək yeni görüşlər keçirir və planlarına əsasən onlara lazım ola biləcək yeni şəxsləri təsir altına almağa nail olurlar. Bu pullar isə Bakıdakı havadarları vasitəsiylə məhz Aslanova ötürlürdü.
Amma Türkiyədə baş verən məlum proseslərdən sonra Azərbaycanda kök salmış FETO-çular da darmadağın oldular. Düzdür, Azərbaycanda bel sütunları sındırılan bu dəstə Ukraynada məhz Aslanovun səyi nəticəsində zəif də olsa özünü qoruyub saxlaya bildi. Amma bununla belə tələbə transferi hələ də ara vermir. Mötəbər mənbədən aldığımız məlumata görə, Aslanov və dəstəsinin Ukraynadakı tələbə biznesindən xeyli gəlir götürürlər. Azərbaycanda test üsulu ilə uğur qazana bilməyən abituriyentləri şirin vədlərlə Ukraynaya ali məktəblərinə cəlb edən bu şəxslər bəzi hallarda insanların etibarından da sui-istifadə edirlər. Mənbənin məlumatına görə, hazırda Kiyev turizm, iqtisadiyyat və hüquq Universitetinə qəbul olunmaq üçün bu dəstəyə müraciət etmiş iki nəfərin ödədiyi məbləğin (adları bizə məlumdur) dalından keçilib. Həmin gənclərdən birinə universitetin “mehmanxana və restoran işi” fakültəsinə qəbul ediləcəyinə söz verilibmiş. Bu fakültədə bir semestr təhsilin qiyməti 8500 qriven, təxminən 330 dollar olduğu halda, 1000 dollar alınıb.
Bundan başqa, universitetə qəbul üçün də valideynlər 2500 dollar ödəməli olublar. Amma tələbə universitetə qəbul edilməyib. Başqa bir hal isə həmin universitetin hüquq fakültəsiylə bağlı olub. Mənbənin dediyinə görə, bu fakültədə əyani təhsilin bir semestri 8600 qrivendir. Tələbə qəbul üçün xarici dil və riyaziyyatdan, habelə lazım olacağı təqdirdə coğrafiyadan imtahan verməliymiş. Amma tələbə vur-tutu bir imtahana girib. Həmin imtahandan isə keçə bilməyib. Amma əvəzində nə semestrə ödəniləcək pul qaytarılıb, nə də qəbul üçün ödənilən pullar. Eyni hal Kiyev Politexnik Universitetiylə də baş verib. Mənbənin dediyinə görə, burada vəziyyət daha betər olub. Belə ki universitetə qəbul olunmaq üçün tələb olunan sənədlər arasında bir sıra sertifikatlar da tələb olunur. Məsələn, onlardan biri dil bilimi ilə bağlıdır. Bu sıraya rus, Ukrayna və ingilis dillərinin səviyyəsi iə bağlı sertifikat aiddir. Bakıdan gələn bir neçə tələbəyə saxta dil sertifikatı təqdim olunub. Üstəlik müəyyən (söhbət 2000-2500 dollardan gedir) məbləğ əvəzində universitetə qəbul vəd olunub. Amma sonradan məlum olub ki, heç bir qəbuldan söhbət gedə bilməz. Mənbənin dediyinə görə, tələbə transferlərində Aslanov adının çox hallanmasının istəmir.
Çünki söhbətin AzTV sədri Arif Alışanova çatacağından narahatdır. Mənbənin məlumatına görə, müxbirinin əməllərindən onun da bezdiyi bildirilir. Müxbirinin adının yaxşı reputasiyası olmayan və FETO siyahısına daxil olan şəxslərlə bir yerdə hallanması onu da bərk narahat edir. Deyilənə görə, AzTV-nin Ukraynadakı nümayəndəsinin yalan və şərlərindən təngə gələn diaspor nümayəndələrinin AzTV rəhbərliyinə onun vəzifəsindən geri çağırılması ilə bağlı dəfələrlə etdikləri kollektiv müraciətlər, son anda Alışanovun müavini Aslanovun havadarı Elsevər Dünyamalıyevin köməyilə nəticəsiz qalıb. Bir qədər əvvəl Ukraynada yaşayan bir qrup ziyalı yenidən Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanova müraciət edib. Müraciətin müəllifləri Az. TV sədrin hətta Kiyevə belə dəvət ediblər ki, müxbirin əməlləri ilə bağlı onu yerində tanış etsinlər.
Ukraynadakı mənbəmizin məlumatına görə, bu ölkədə fəaliyyət göstərən bir neçə diaspora qurumu artıq möhürlü və imzalarla ölkə rəhbərliyinə və AzTV sədri Arif Alışanova müraciət hazırlayırlar. Onlar Ukraynada diaspora fəaliyyətinə ciddi zərbə vuran, ancaq təfriqə və qalmaqal yaradan Mövsüm Aslanovun geri çağırılmasını tələb edirlər. Mənbənin dediyinə görə, bu məqamlardan başqa ortada yerli “Privatbank”dan götürülmüş bir kredit qalmaqalı da var. Bu barədə bir qədər araşdırmadan sonra məlumat veriləcək.
NUH.az