Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Orta məktəb müəlliməsini direktor təhqir etdi

Rəsulzadəyə “Öndər” dediyi üçün

Azərbaycan son illərin bəlkə də ən unikal ölkələrindəndir. Burda nəinki baş verən qanunsuzluqlar insanı təşvişə salır, hətta gördüyümüz məntiqsizliklər belə bizi çaşqın vəziyyətə salır. Bu inanılmaz və məntiqsiz çaşqınlıqları biz hər gün yaşayırıq. Son xəbərlərdən biri də Şəkidə bir müəlliməni məktəb direktorunun təhqir etməsidir. Bilirsinizmi niyə? Maraqlıdır – Məmməd Əmin Rəsulzadəni öz sinifində “öndər” adlandırdığı üçün…

Xəyalə Adıgözəlova adlı müəllimənin əlaqə nömrəsini tapıb bu olayın səbəbi ilə bağlı sualı da ona ünvanladıq: sizi niyə incidirlər?

“Mən demokratik fikriləri olan bir ailədə böyümüşəm və sərbəst fikir söyləməyin hər zman tərəfdarı olmuşam. Dərs dediyim sinifdə və məktəbdə də öz fikrilərimi yaymağa davam edirəm – sinifimdə Rəsulzadə güşəsi açmışam və orda Azərbaycan Demokratik Respublikasını quran insanları Lider kimi öyrədirdim uşaqlara – amma direktor mənə deyir ki, bu bizə problem olacaq. Məcbur edir deyək ki, bizim Ümummilli liderimiz Heydər Əliyevdir. Əslində mənim düçüncəmə görə Heydər Əliyev diktatordur, o sovet dönəmində KGB-nin generalı olub, Azərbaycanda özündən sonra oğlunu hakimiyyətə gətirməklə dinastik rejim qurub. Bu adama Lider deyilməsi ilə mən razılaşa bilmirəm və bütün problemlərim, təkcə mənim deyil ailəmin problemləri də elə bundan başladı”.

Çox danışmaq istəmədiyini desə də konkret amma olduqca sərt danışan müəllimə üzləşdiyi daha bir neçə qanunsuzluğu bizimlə bölüşdü: “Mənim sinfimdəki sagirdlərimi direktor məndən alıb başqa muəllimlərə yönəltdi və son ay aylıq məvacibimin 200 manatını kəsib – bu 50% deməkdir. Məktəbdə ümumi iclaslarda məni sərt tənqid edib iş yoldaşlarımı mənə qarşı təhrik edir, onları mənimlə əlaqələri kəsməyə məcbur edir. Bilirəm ki, bu da bir təzyiq formasıdır amma mən hələ də dözürəm”.

Xatırladaq ki, Xəyalə Adıgözəlova bir müddət öncə də Milli Şuranın etiraz aksiyasına öz sinif uşaqları ilə dəstək nümayiş etdirməklə həm medianın həm də hökümətin diqqətini gəlmişdi. O zaman onun polis bölməsinə çağırıb incidildiyi bildirilirdi.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir