Yenifakt.info

Müstəqil xəbərlər portalı

Mədəniyyət

Azərbaycan klip sənətində bir ilk – VİDEO/FOTO

Azərbaycan klip sənətində ilkə və uğura imza atmış şairə Aysel Səfərlinin yeni klipi işıq üzü görüb.

Missiya.Az xəbər verir ki, həmişə tamaşaçılarını və dinləyicilərini fərqli layihələrlə “Ozan MVV Production”ın bu dəfə də yeni, maraqlı layihəsini təqdim etdi.

Söhbət istedadlı şairə Aysel Xanlar qızı Səfərli müəllifi olduğu “Qoy gedim səndən” adlı şerinə çəkilmiş klipdən gedir. Şairənin dilindən səslənən klip Azərbaycan klip sənətində orijinallığı ilə seçilir. Klipin prodüseri, bir çox media layihələrə imza atmış, AR Yazıçılar Birliyinin, AR Jurnalistlər Birliyinin Üzvü, Ozan MVV Production-un, baş direktoru,tanınmış prodüser Altay Yaşardır. Altay Yaşarın dediklərinə görə, ümumi mövzu ayrılıq olsa da, şairənin yanaşması fərqli və maraqlıdır. 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olan Aysel Xanlar qızı Səfərli ixtisasca filoloqdur.

Uşaq yaşlarından şeirə,musiqi və ədəbiyyata olan böyük sevgisi, marağı və içində qaynayan ilham bulağı onu şeirlər yazmağa sövq etmişdir.”Ziya” ədəbi məclisinin yetirməsi olan Aysel məktəb illərindən müxtəlif qəzet və jurnallarda,(“Ulduz”,”Məşəl”,Ədəbiyyat və s.)almanax şeirlər kitablarında şeirləri ilə çıxış edir.2003-cü ildə Bakı Şirvannəşrdə işıq üzü görən “Bir dünya var”adlı kiçik şeirlər kitabının müəllifidir. Rayon ve respublika tədbirlərinin fəal iştirakçısı olub. Uzun illər İspaniya krallığında yaşadığı müddətdə şeirlər yazmağa davam etsə də,mətbuatdan bir az uzaq düşmüşdü. Ailəlidir, bir qızı,bir oğlu var.Həyat yoldaşı Səfa Rəşid də yaradıcılıqla məşğul olur,mətbuatda şeirləri ilə dərc olunur. İncəsənət və yaradıcılığa olan vurğunluq ailədə uşaqlardan da yan keçməyib.Uşaqlarda olan rəsm qabiliyyəti, şahmat, musiqi bacarığı bunu bir daha sübut edir. Onu da qeyd edək ki, “Qoy gedim səndən” klipinin rejissoru E.Elmanoğlu, rəssamı M.Əfəndi, operatoru A.Sərkərovdur.

 

b_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_1.jpegb_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_3.jpegb_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_4.jpegb_550_325_16777215_00_images_xeber_sekilleri_19may2017_5.jpeg

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir