Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Masallıda “Biznesə ilk addım” mövzusunda tədbir keçirilib

«Əks-səda»Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi mayın 5-də Masallı rayonu, Gənclər Mərkəzində “Biznesə ilk addım” mövzusuna həsr olunmuş dəyirmi masa keçirib. Dəyirmi masada Masallı rayon İcra Hakimiyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş mütəxəsissi Qəşəm Tağıyev , Masallı rayon Gənclər İdarəsinin rəisi Camal Manafov, yerli sahibkar Səhraba Məmmədova və Masallı rayonuda yerləşən turizm kolecindən olan 30-dan çox yeniyetmə və gənclər iştirak edib.

Dəyirmi masanı açan Qəşəm Tağıyev iştirakçı və qonaqları salamlayaraq, onlara ugurlar arzulayıb.

Qəşəm Tağıyev bu kimi tədbirlərin rayon üçün vacibliyini qeyd edib. O, rayon iqtisadiyatının inkişafında kiçik sahibkarlığın inkişafının böyük əhəmiyyət daşıdğını deyərək, rayon icra hakimiyyətinin kiçik sahibkarlığın inkişafı ilə başlı mühüm işlər gördüyünü dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb.

Layihə rəhbəri Sevinc Kərimova layihə haqqında danışaraq bildirib ki, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür. Respublikanın 3 bölgəsindən ( cənub, qərb və aran)olan gənclərdə kiçik və orta biznesə maraq yaratmaq üçün sitimulaşdırıcı görüşlər keçirməkdən ibarətdir.
Gənclər İdarəsinin rəisi Camal Manavof rayonda gənclərin boş vaxtlarını düzgün istifadə edə bilmələri üçün yeni-yeni imkanlar yaradıldığını bildirərək, onları bu imkanlardan maksimum dərəcədə yararlanmağa çağırdı. C. Manafov gənclərə uğurlu iş adamlarının həyatlarından müəyyən misallar gətirərək böyük biznesə və uğura gedən yolun xırda qərarlardan və planlardan başladığını yada saldı.

Yerli sahibkar Səhraba Məmmədova öz biznesinin yaranması tarixçəsindən iştirakçılara danışaraq bildirdi ki, orta məktəb müəlimi kimi karyerasına başlasada, müəyyən bir vaxtdan sonra ailə vəziyəti ilə əlaqədar məktəbdən uzaqlaşmalı olur. Sonralar daha çox sevdiyi dərziliklə öz karyerasına başlayır.

Hazırda öz dərzixanasını işlədir, çoxlu sayda tələbələri var , sahibkarlar üçün yaranmış imkanlardan yararlanaraq öz işlərini günü-gündən artırmaqda davam edir. Ən böyük arzusu region xanımlarına ancaq yerli mallarımızla geyindirməkdir. Çoxlu sayda müştərilərinin olmasının bu arzusunun real olduğundan xəbər verdiyini deyən Səhraba xanım yaxın vaxtlarda yerli icra hakimiyyətinin dəstəyi ilə böyük bir proyekt reallaşdırmaq istəyini diqqətə çatdırıb.

Diskusiya şəklində keçən dəyirmi masa, ənənəvi olaraq , çay və şirniyat qonaqlığı ilə sona çatdı.

Qeyd edək ki, dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kiçik və orta sahibkarlığın təbliğı; gənclər arasında özünə məşğuluğun stimullaşdırılması” layihəsi cərçivəsində təşkil edilib.

Bu mövzuda növbəti dəyirmi masa 9 iyun tarixində Samux rayonunda keçiriləcək.

3.JPG görüntüleniyor

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir