Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Gənclərin iqtisadi biliklərinin artırılması” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin iqtisadi biliklərinin artırılması” layihəsi başa çatıb. Layihə gənclərin hazırda dünyada baş verən iqtisadi proseslər, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və sahibkarlığın inkişafı ilə bağlı görülən tədbirlər barədə məlumatlandırılması, sahibkarlığın təşviq edilməsi məqsədi ilə həyata keçirilib.

Layihə rəhbəri Sevda Quliyevanın verdiyi məlumata görə, layihənin icrası zamanı gənclərin iqtisadi cəhətdən savadlılığı, sahibkarlıq təşəbbüsləri üzrə mövcud vəziyyət öyrənilib. Gənclərin bu sahədə öyrənməyə ehtiyac duyduğu məsələlər barədə məlumatlar toplanılıb. Layihə heyəti tərəfindən bu mövzuda videoçarx hazırlanıb və İctimai TV-də yayımlanıb. Videoçarxda müvafiq dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, millət vəkilləri, iqtisadçı ekspertlər və gənclərin rəyləri yer alıb.

Çıxışçılar müasir iqtisadi şəraitdə gənclərin iqtisadi biliklərinin artırılmasının, sahibkarlığın təşviqinin vacibliyini vurğulayıblar.  Bildirilib ki, son illər iqtisadi məsələlərə, iqtisadi məlumatlara marağın artmasına baxmayaraq, hələ də əhalinin, xüsusən gənclərin iqtisadi bilik səviyyəsi yetərli deyil. Nəzərə alsaq ki, Azərbaycan post-neft dövründədir, bu dövrdə iqtisadi proseslərin regional və qlobal çağırışlara uyğun olaraq analiz edilməsi, qiymətləndirilməsi vacibdir. Bu, ölkədə iqtisadi islahatların tətbiqinə dəstək verməklə, gənc sahibkarların yetişməsinə, həmçinin gənc nəslin nümayəndələrinin əmək bazarında rəqabətədavamlı işçi qüvvəsi kimi çıxış etməsinə təkan verə bilər.

Belə ki, əhalinin 1\3 hissəsini təşkil edən gənclər 14-29 yaş arasında olan kateqoriya hesab olunduğundan bu yaşda olan insanlar əmək bazarına yeni daxil olduqları üçün onların hər zaman bilik və bacarıqlarının, xüsusən iqtisadi biliklərinin artırılmasına ehtiyac duyulur. Əmək bazarının təhlili göstərir ki, bütün dünyada, o cümlədən Azərbaycanda statistik göstəricilərə görə, 15-24 yaş arası gənclər daha çox işsizlik problemilə rastlaşırlar. Bu üzdən “Kiçik və Orta Sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, eləcə də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin bilik və bacarıqlarının inkişafı, iqtisadi fəallığının artırılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsilə bağlı müddəaların icrası üzrə səylərin gücləndirilməsi və bu sahədə dövlət-özəl tərəfdaşlığı prosesə fayda gətirə bilər.

Ümumilikdə, layihə üzrə çalışan ekspertlərin fikrincə, layihə faəliyyətləri gənclərin iqtisadi bilikərinin artırılmasına töfhə verib. Eyni zamanda bu sahədə mövcud olan vəziyyətin, təkliflərin hökumət strukturları və QHT-lərin diqqətində saxlanması üçün çox yaxşı təşəbbüs olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir