Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

“Eşidilməyən Səslər” teatr tamaşalarının təşkili layihəsi başa çatdı

“Eşidilməyən Səslər” teatr tamaşalarının təşkili layihəsi başa çatdıAzərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Abbasova Gülşən Səməd qızı tərəfindən həyata keçirilən “Eşidilməyən Səslər ” teatr tamaşalarının təşkili layihəsi uğurla həyata keçirildi. 

Layihənin əsas məqsədi tipik və əlilliyi olan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün “Eşidilməyən Səslər” adı altında teatr əsaslı təlimlər təşkil etməklə, əlilliyi olan yeniyetmə və gəncləri cəmiyyətə inteqrasiya etmək idi.
Layihənin məqsədlərinə nail olmaq üçün, aşağıdakı vəzifələri yerinə yetirildi:
– Sosial şəbəkələr və digər vasitələrlə əlilliyi olan (eşitmə və nitq problemi) yeniyetmə və gənclər arasında təlim qrupları formalaşdırmaq üçün elanların yayılması,
– Daxil olan müraciətlər əsasında uyğun namizədlərin seçilməsi və təlim qrupların formalaşdırılması,
– Yekun olaraq isə həmin yeniyetmə və gənclərlə görüş təşkil edib, təlimlərin keçirilməsi və teatr tamaşalarını təşkil olunması.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 10 oktyabr 2017 – 10 yanvar 2018-ci il tarixlərini əhatə edirdi.

“Eşidilməyən Səslər” teatr tamaşalarının təşkili layihəsi başa çatdı“Eşidilməyən Səslər” teatr tamaşalarının təşkili layihəsi başa çatdı

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir