Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Uşaqların döyüldüyü bağça FƏALİYYƏTİNİ DAYANDIRDI – Direktordan açıqlama

Bu gün Bakıda yerləşən “Kids studio” bağçasında uşaqlara qarşı kobud rəftarı özündə əks etdirən görüntülər yayılıb.
Media-fakt.info xəbər verir ki, azxeber.com saytının yaydığı görüntü sosial şəbəkələrdə kəskin tənqid olunub.
Məsələ ilə bağlı “Kids studio”nun rəhbəri Nigar Müseyibova BakuPost-a açıqlama verib. Bildirib ki, bağça fəaliyyətini dayandırıb:
“Bağça bu gün fəaliyyətini dayandırdı. Daha fəaliyyət göstərməyəcəyik”.
O, rəhbərlik etdiyi bağçada uşaqlara qarşı hər hansı işgəncə olmadığını deyib: “Orada aqressiya olmayıb. Müəllimə uşağı silkələyib. Bundan başqa, onlar tezləşdirilmiş kadrlardır. Ona görə kobud görünür. Tezləşdirilmiş kadrların da öz təsiri var. Biz bir müddət əvvəl bağçada çalışan bir nəfəri işdən çıxarmışıq. Həmin qız oturub bütün görüntüləri axtarıb, arasından yalnız bunları tapıb. Çünki başqa bu kimi rəftar qeydə alınmayıb bağçada. Qisas almaq üçün görüntüləri yayıb. Biz onu işdən oğurluq üstündə çıxarmışdıq”.
N. Müseyibova kadrlardakı uşağın F. Tağıyevanın qohumu olduğunu deyib: “Həmin uşaq Firuzə müəllimənin öz qohumudur. Bundan başqa, o, yaxşı müəllimə olub. Uşaqları başının üstündə saxlayıb”.
Nigar Etibar

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir