Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Jurnalist azadlığa çıxdı

Bu gün “AzEl.tv’ saytının rəhbəri Əfqan Sadıqov azadlığa çıxıb. Onun barəsindəki 1 il 6 ay həbs müddəti bitdiyi üçün Əfqan Sadıqov 17 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

2016-cı il noyabrın 22-də tutulan Əfqan Sadıqov 2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsinin çıxardığı hökmlə azadlıqdan məhrum edilib. O, xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirləndirilib. 2017-ci il noyabrın 7-də Ali Məhkəmə ittihamı zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, qəsdən sağlamlığa az ağır zərər vurma ittihamına dəyişib. Onun cəzasını 1 il 6 ay müddətinə endirib. Jurnalist ittihamları qəbul etməyib. Cəlilabad rayon İcra hakimiyyətinin keçmiş başçısı Əziz Əzizovun xüsusi göstərişi ilə həbs olunduğunu bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir