Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Lənkəran polisindən müsavatçıya xəbərdarlıq

Müsavat Partiyası Lənkəran şəhər təşkilatının sədri İman Əliyevə polisdə xəbərdarlıq edilib. Bu, müsavatçının dalbadal iki gün Lənkəran Polis İdarəsində sorğu-sual edilməsindən sonra baş verib. Bu haqda Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov bildirib.

Onun sözlərinə görə, Müsavatın Lənkəran təşkilatının sədri İ.Əliyev dekabrın 20-si polisə aparılıb. Bunun səbəbləri haqda yaxınlarına heç bir bilgi verilməyib. Onu gecə saat 12-yə işləmiş, dekabrın 21-də isə polisə gəlmək şərtilə sərbəst buraxıblar.İ.Əliyev bu gün yenidən polis idarəsinə gedib.

Y.Sadıqovun bildirdiyinə görə, müsavatçıdan polisə şikayət daxil olubmuş.

“Bir vətəndaş İ.Əliyevdən polisə şikayət edib. O, şikayətində bildirib ki, guya, İ.Əliyev onu zorla partiyaya üzv etmək istəyir və polisdən yardım sitəyib”, Y.Sadıqov bildirib.

Onun sözlərinə görə, polisdə İ.Əliyevlə “tərbiyəvi söhbətlər” aparıldıqdan sonra xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Müsavatın təşkilat sədrinin sorgu-sual edilməsi ilə bağlı Lənkəran polisindən münasibət almaq mümkün olmayıb.

Müsavat Partiyasından isə bildirilib ki, İ.Əliyevin sorğu-sual edilməsinə səbəb noyabrın 26-da evində təşkilatın konfransını keçirmək istəməsidir.

“Ötən ay keçirilmiş həmin konfransdan sonra sonra İ.Əliyev polis və icra orqanları tərəfindən təqib olunur”, partiyadan bildiriblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir