AKP 3-cü fövqәladә qurultayını keçirib. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın tәk namizәd olduğu qurultayda Әrdoğan 1414 sәslә 998 gün sonra yenidәn AKP sәdri seçilib.
***
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın yenidən AKP sədri seçiləcəyi 3-cü fövqəladə qurultay keçirilir.
Ərdoğan qurultayın keçirildiyi salonun qarşısında toplaşanlara bildirib: “Texniki bir ayrılığımız var idi, amma bu gün yenə sizlərləyəm”.
16 aprel Konstitusiya dəyişikliyi ilə Türkiyədə prezident eyni zamanda partiya sədri də ola bilər. Əvvəlcə Konstitusiya bunu qadağan edirdi.
AKP-nin fövqəladə qurultayı da məhz dəyişikliklərdən sonra yaranan bu imkandan istifadə etmək üçündür.
Ərdoğan AKP-yə yenidən mayın 2-də üzv qəbul edilib.