Avropa İttifaqının xarici işlər nazirləri ABŞ-ın yeni prezident seçilən Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatlarla Trans-Atlantik münasibətləri müzakirə etmək üçün bazar günü Brüsseldə qeyri-rəsmi yığıncaq keçirib.
Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Moqerini bu təcili yığncağı keçən həftənin çərşənbə axşamı Donald Trampın qələbəsindən sonra Vaşinqtonun Avropa ilə münasibətlər, İqlim Dəyişikliyinə dair Paris Sazişi və İranın nüvə proqramı ilə bağlı öhdəliklərini müzakirə etmək məqsədilə çağırıb.
“Avropa İttifaqı və Birləşmiş Ştatlar tərəfdaşdır və bu tərəfdaşlıq bizim Avropada öz dəyərlərimiz, prinsiplərimiz və maraqlarımıza əsaslanan məsələlərlə bağlı davam etdirəcək. Biz həm də qarşıdan gələn aylar daha da mühüm olacaq bəzi məsələlərlə əlaqədar Avropa İttifaqının gücləndirilməsinin vacibliyni müzakirə etmişik” deyə, Federika Mogerini bildirib.
Federika Mogerini Avropa İttifaqının Paris Sazişi və İranın nüvə proqramı məsələlərində öz mövqeyində qalacağını bildirib.