Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ BMT nümayəndəsinə veto qoydu

ABŞ Fələstinin keçmiş baş naziri Salam Fayyadın BMT-nin Liviya xüsusi nümayəndəsi olaraq təyin edilməsini veto edib. Buna səbəb onun Fələstin mənşəli olması göstərilib.
Buna aydınlq gətirən ABŞ-ın BMT-dəki səfiri Nikki Haley “ABŞ Fələstin dövlətini tanımır və ona görə də, bu namizədliyi bu dəstəkləmir” deyib. Haley BMT baş katibi Antonio Guterresin kadr seçimi məsələsində xəyal qırıqlığına uğradığını söyləyib.
Antonio Guterres bir az əvvəl Təhlükəsizlik Şurasında etdiyi çıxışında Fayyadı Alman diplomatı Martin Koblerin xələfi olaraq təyin etmək istədiyini söyləmişdi. Kobler 2015-ci ilin noyabrından bu yana Şimali Afrikadakı bu böhran ölkəsində fəaliyyət göstərirdi.
64 yaşındakı Fayyad isə 2007- 2013-cü illər arasında Fələstinin baş naziri vəzifəsində çalışmış, daha əvvəl isə maliyyə naziri olmuşdu.
Yeni nümayəndənin vəzifəsi Liviyada BMT vasitəçiliyi əsasında razılaşmaya uyğun keçid hökuməti qurulması müzakirələrini aparmaq olacaq.
azadliq.info

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir