Azərbaycan millisinin üzvü Renat Dadaşov ilk peşəkar müqaviləsinə imza atıb. Lent.az sport24.az-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 2020-ci ilə qədər Frankfurt “Ayntraxt”ının şərəfini qoruyacaq.
Dadaşov bununla bağlı klubun rəsmi saytına açıqlama verib: “Peşəkar karyerama burada başlayacam. Frankfurda olmaqdan məmnunam. Çünki burada ailəm və dostlarım məni dəstəkləyir”.
Qeyd edək ki, bunadək Renat bu komandanın 19 yaşadək kollektivində çıxış edirdi.