Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Ağ Evin qarşısında İrana etiraz-“Güney Azərbaycana azadlıq”

Güney Azərbaycanda baş vermiş 22 may hadisələrinin növbəti ildönümüdür.

Bununla əlaqədar bu gün Vaşinqton şəhərində Ağ Evin qarşısında ABŞ-da yaşayan soydaşlarımız  etiraz aksiyası keçirib.

ABŞ-da yaşayan milli fəal Zaur Bayramlının cebhe.info-ya verdiyi məlumata görə, aksiyanı əsasən güneylilərdən ibarət bir qrup milli fəallar keçirib. Aksiyada Güney Azərbaycana, şovinist İran hakimiyyətinin həbs etdiyi milli fəallara, jurnalistlərə azadlıq tələb edilib.

Aksiyada həmçinin “İran farsların deyil”, “Güney Azərbaycan İran deyil” kimi şüarlar səslənib. 1 saat davam edən aksiya ətrafdakı insanların ilgisini çəkib və insidentsiz başa çatıb.

Qeyd edək ki, 2006-cı ilin mayında fars şovinistlərinə məxsus “İran” adlı qəzetdə Güney Azərbaycan türkləri təhqir olunmasına (Qəzet türkləri “tarakan”a bənzətmişdi-müəll.) etiraz edən soydaşlarımız Təbriz başda olmaqla iri şəhərlərdə etiraz aksiyaları keçirmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir