Azərbaycanın futbol millisinin üzvü, fevral ayından icarə hüququ əsasında Slovakiyanın “Jilina” klubunda çıxış edən Ramil Şeydayev bu komandada çıxışlarını dayandırıb.
“azerisport” xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqalivəyə xitam verib.
Mənbəyə görə, Şeydayev müqavilə üzrə məxsus olduğu “Trabzonspor”a qayıtmayacaq. Hələlik onun hansı klubda çıxış edəcəyi məlum deyil.