Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Turun son oyununda “Neftçi” komandası “Qarabağ”ı qəbul edib.
“Bakcell Arena”da keçirilən qarşılaşmada qonaqlar fərqlənməyi bacarıb. Matçın 29-cu dəqiqəsində Rahid Əmirquliyev güclü zərbə ilə topu qapıdan keçirib. İlk hissənin sonunda isə “Qarabağ”ın hücumu zamanı Jayro Rodriges topu öz qapısına göndərib – 0:2.
Bundan sonra qapılara qol vurulmayıb və “Qarabağ” 3 xalı iki qolla qazanıb. Bu görüşdən sonra “Qarabağ” xal ehtiyatını 19-a çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Neftçi” isə 6 xalla 7-cidir.
Qeyd edək ki, turun digər görüşlərində “Kəpəz” “İnter”lə (0:0), AZAL “Zirə” ilə (1:1), “Sumqayıt” isə “Qəbələ” ilə (2:2) sülh bağlayıb.