“Bursaspor”un futbolçusu Dəniz Yılmaz Türkiyə superliqasında “Akhisar”la səfər matçında əsas heyətdə meydana çıxmayacaq.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Mutlu Topçu millimizin hücumçusuna sözügedən qarşılaşmada oynatmamağa qərar verib. D.Yılmazın son oyunlarda pis çıxışı səbəbindən baş məşqçi bu addımı atıb.
M.Topçunun onun əvəzində zədəsini sağaldan rumıniyalı Boqdan Stankuya şans verəcəyi gözlənilir.
Qeyd edək ki, “Akhisar” – “Bursaspor” oyunu aprelin 23-ü keçiriləcək.