“Qalatasaray”ın baş məşqçisi İqor Tudorun istefaya göndərilməsi rəsmiləşib.
APA-nın “Hürriyet” qəzetinə istinadla verdiyi məlumata görə, klubun İdarə Heyəti İ. Tudorun baş məşqçi postundan uzaqlaşdırılması qərarını təsdiqləyib.
Qərar barədə xorvatiyalı baş məşqçinin meneceri məlumatlandırılıb.
İ. Tudora 400 min avro təzminat ödənəcək.