“Qarabağ”ın Çempionlar Liqasında qruplara qalmasından sonra təmsilçimiz bütün diqqətləri özünə cəlb edib. Qitənin saysız-hesabsız media orqanları ağdamlılar haqqında yazılar dərc edir, sosial şəbəkələrdə təmsilçimiz barədə xəbərlər və videolar paylaşılır.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, məsələyə biganə qalmayanlarda biri İngiltərənin “Copa90” nəşri olub. “Youtube” kanalında “Qarabağ” barədə geniş məlumat verən nəşr təmsilçimizin 1993-cü ildən – Ağdamın işğalından sonra köçkün həyatı yaşamasından xəbər verib. Həmçinin təmsilçimizin ev oyunlarını doğma şəhərindən kənarda – paytaxtda keçirdiyi qeyd olunub. Həmkarlarımız Ağdam klubunun son illərdəki uğurlarından da bəhs edib.
Həmin videonu təqdim edirik.
Yenifakt.info
Müstəqil xəbərlər portalı