“Çelsi”nin baş məşqçisi Antonio Konte “Qarabağ”la oyundan danışıb. “Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis matçın çətin keçəcəyini bildirib.
Konte Ağdam klubu üzərində qələbənin onların növbəti mərhələyə keçməsi üçün ən böyük şans olduğunu deyib: ““Qarabağ” üzərində qələbə qazansaq, bu möhtəşəm olacaq. Həm də bu qalibiyyət bizi növbəti mərhələyə daşıyacaq. Amma Azərbaycan klubu üzərində qələbə çox çətin başa gələcək. Çünki onlar son iki oyunda əla çıxış ediblər. “Atletiko” ilə 2 heç-heçə bunun sübutudur. Həmçinin “Roma” “Qarabağ”a çox çətinliklə qalib gəldi. Çox çalışmalıyıq”.
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu 22 noyabr saat 21:00-da başlayacaq.