Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

NATO-nun baş katibi: «Ukrayna və Gürcüstan hazır deyil»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq beynəlxalq təhlükəsizlik üzrə Qalifaks Forumunda bəyan edib ki, NATO açıq qapı siyasətinə sadiqdir, amma Ukrayna və Gürcüstan kimi ölkələr hələlik alyansa daxil olmağa hazır deyillər («Ukrinform»).
Ukrayna və Gürcüstanın NATO sıralarına daxil olmasının mümkünlüyü barədə sualı cavablandırarkən, Baş katib qeyd edib ki, bu iki dövlət əvvəlcə «müdafiə institutlarının modernləşdirilməsinə, korrupsiya ilə mübarizəyə, demokratiyanın möhkəmləndirilməsinə» diqqət yetirməlidir. Baş katib həm də əlavə edib ki, Şimali Atlantika alyansı «bu islahatları həyata keçirməkdə» onlara kömək edir.
«NATO-ya üzv olmaq üçün dövlət mütləq müəyyən standartlara cavab verməlidir» – deyə, Stoltenberq qeyd edib.
Bu zaman Baş katib əlavə edib ki, təşkilatın qapıları açıq olaraq qalır: «NATO-nun qapıları açıqdır və bunun ən bariz göstəricisi o faktdır ki, soyuq müharibənin sona çatmasından hazırkı dövrə qədər alyans üzvlərinin sayı demək olar, iki dəfə artıb».

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir