Türkiyə Parlamentinin spikeri BMT-ni Xocalı faciəsində təqsiri olanları məhkəməyə cəlb etməyə çağırıb
Türkiyə BMT-dən Xocalı şəhərinin dinc əhalisinin qətlində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə addımlar gözləyir. Bu barədə Türkiyə Parlamentinin spikeri İsmail Kahramanın Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı müraciətində deyilir.
Müraciət müəllifi BMT-ni Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayondan çıxarılması məsələsində fəal rol oynamağa çağırır.
“Xocalıda bəşər tarixinin ən qanlı vəhşiliklərindən biri törədilib. 26 il əvvəl Ermənistan SQ Azərbaycan şəhərini işğal ediblər və 613 dinc sakini amansızlıqla öldürüblər”, deyə müraciətdə bildirilir.
Qanlı Xocalı hadisələrində hazırda Ermənistan hakimiyyətində olan şəxslərin əli var.
Kütləvi qətllərdə təqsirli olan şəxslər məsuliyyətə cəlb edilən, Ermənistan dövləti isə rəsmi üzrxahlıq edənə qədər Xocalının acısı dinməyəcək, deyə müraciətdə bildirilir.