Bir neçə gün öncə Kanal 13-də müsahibə verərək Yasamal rayonu polis əməkdaşlarının qanunsuz əməllərindən şikayətçi olan AXCP üzvü Tofiq Məmmədovu fevralın 23də 15 sutka müddətində həbs ediblər. Tofiqə “get narkotik sat, amma metro çıxışında limon satma” deyən polis əməkdaşları bu özbaşınalığı ictimailəşdirdiyi üçün ondan belə qisas alıblar.
Dostlarından biri redaksiyamıza bildirib ki, Tofiqlə danışa bilmişəm. Əhvalı yaxşıdı. Həbsindən narahat deyil. Dediyinə görə, onu Yasamal Polis İdarəsinin cəzaçəkmə hissəsində saxlayırlar.
Yenifakt.info
Müstəqil xəbərlər portalı