Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Südabə Həsənovanın qardaşı oğlu yenə tutulub

Bir neçə gündür ki, mətbuatda Bakı sakini Mehriban Rəhmənovanın kirayənişini tərəfindən aldadılması – ev əşyaların satılması və sözügedən mənzildə səfil həyatı sürməsi ilə bağlı çeşidli yazılar dərc edilirdi.

İnternetdə kirayə mənzil verməsiylə əlaqədar elan yerləşdirən ev sahibəsi dələduzluqla yanaşı həm də oğurluqla üzləşib. Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxs onun bütün əşyalarını satıb və boş mənzildə bomj kimi yaşayıb.

Kirayənişin özünü keçmiş Ədliyyə naziri, hakim Südabə Həsənovanın qardaşı oğlu kimi təqdim edib:”Fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks təqdirdə, belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim”.

Y.Həsənov mənzildə həyat yoldaşı ilə uzun müddət yaşayacağını bildirib. Ümumi razılığa gəliblər, müqavilə bağlayıblar, Y. Həsənov mənzilə köçsə də sonrakı aylarda kirayə pulu ödəməyib.”Bir neçə ay ərzində mən Votsap vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil pulunu bir neçə ay vermədilər, telefonlarımı açmırdılar, daha sonra isə mənim nömrəmi qara siyahıya əlavə etdilər”.

Bu il yanvarın 25-də ev sahibəsi bir neçə şahidlə birgə mənzilinə daxil olduqda ev əşyalarının oğurlandığını görüb və polisə müraciət edib.

Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə bilməyib: “Onu həbs etdikdən sonra 19 nömrəli Polis bölməsinə onun atası Rəşid Həsənov gəldi. Atası əvvəllər Bakı şəhərinin prokuroru olub. Onun oğlunu həmin gün azad etdilər, atası söz verdi ki, mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq. Lakin heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər vurublar. Hazırda ona 177.2.4 maddəsi ilə cinayət işi açılıb, ancaq onu hələ ki tapa bilmirlər.

Sonradan bildim ki, Yalçın Həsənov əvvəllər narkotik ticarətinə görə məhkum edilib”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Y.Həsənov artıq saxlanılıb və Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.

Mehriban Rəhmənovanın fırıldaqçılıqda ittiham etdiyi Yalçın Həsənov həqiqətən də vaxtilə Konstitusiya Məhkəməsinin hakimi olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğludur.

2009-cu il 17 aprel tarixli hökmü ilə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və daha 11 nəfərlə birgə narkotik istifadəsi və satışısına görə həbs edilən Rəşid Həsənov 2011-ci ildə azadlığa çıxıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir