Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Hasilat Sənayesində Şəfafflıq bu dəfə Şabranda – Foto

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin təşəbbüsü ilə “Hasilat Sənayesində Şəfafflıq nədir?-Təşəbbüsünün bölgələrdə təbliği” adlı layihə çərçivəsində təbdirlərin keçirilməsi davam edir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi həyata keçirilir.

Siyəzən rayonunda üç Dəyirmi Masa keçirən Birlik növbəti tədbirini Şabran rayonunda təşkil edib.

Tədbiri açan Birlik rəhbəri Şaban Nəsirov öncə Hasilat Sənayesində Şəfafflıq təşəbbüsü haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, təbii ehtiyatlar xalqa məxsusurdur və buna görə də əldə olunan gəlirlər barədə məlumatlar açıq olamalıdır. Hasilat Sənayesində Şəfafflıq təşəbbüsünün də əsaas məqsədi budur.
Burada əks olunan müddəalar Azərbaycan Konstitutsiyasının 14-cü Maddəsində də ehtiva olunur. Burada da bildirilir ki, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur.

Şaban Nəsirov bildirib ki, şəffaflıq 3 əsas elementdən ibarətdir. Burada neft, qaz və mədən sənayesində fəaliyyət göstərən şirkətlərin dövlətə ödənişləri, dövlət büdcəsinə şirkətlərdən daxilolmalar, hasilat sənayesi ilə bağlı digər aidiyyatı məlumatların açıqlanması aiddir.

Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı Fərmana əsasən ölkənin hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdirilir.

Bu prinsiplərə görə, təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir.

Təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitə olması da prinsiplər çərçivəsindədir. Beynəlxalq prinsiplərə görə, şəffаflığın artırılmasına müvafiq müqavilə və qаnunlаrа əməl etməklə nail olunmalıdır.

Sonra Birlik rəhbəri təbbir iştirakçılarının suallarını cavablandırıb. Şaban Nəsirov Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruzov Novruz cənablarına təbbirin təşkilatında göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir