Layihə rəhbəri Rövşən Ağamalıyevin sözlərinə görə, sənədli filmin çəkilişi üçün müqavilələr bağlanıb. İnternet TV-lərdə yayımının təşkili üçün razılıq əldə olunub.
Qeyd edək ki, 5 ay həyata keçiriləcək layihənin məqsədi “Lələ təpədə yazılan dastan” filmi vasitəsi ilə maarifləndirmə işinin həyata keçirilməsidir. Onun sözlərinə görə, Aprel hadisələri Azərbaycan tarixinin şanlı səhifələrindən biridir: “Uzun illər düşmən tapdağında qalan torpaqlarımız uğurunda həyata keçirilən əməliyyatda Azərbaycan ordusu üzü ağ çıxdı. Nəticədə Lələ Təpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi ki, bu da həmin ərazidə düşmənin nəzarətinin təmamilə zəifləməsi deməkdir. Əldə olunan bu uğur bir daha onu deməyə əsas evrir ki, qüdrətlıi Azərbaycan ordusu hər an düşmən tapdağında olan əraziləmizi işğaldan azad etməyə hazırdır. Ali baş komandan cənab İlham Əiiyevin ətarfında sıx birləşərən QƏLƏBƏ gününü yaşaycağımız uzaqda deyil. Aprel hadisələrindən keçən müddət ərzində istər dövrü KİV-lərdə istər TV-lərdə bu istiqamətdə müəyyən yazılar yazılmış, verilişlər ekranlaşdırılmışdır. Təşkilat olaraq aprel hadisələri zamanı qəhrəmancasına şəhid olmuş döyüşçülərimizdən biri haqqında “Lələ təpədə yazılan dastan” adlı qısametrajlı sənədli filmin çəkilməsi ilə Aprel döyüşlərinin şanlı zəfər kimi tariximizdə yer tutmasına ictimai dəstək verməyə qərar verdik”. R.Ağamalıyev onu da bildirib ki, “Lələ təpədə yazılan dastan” filminin təbliğatı həm sosial mediada həm də SOSİALXEBER.AZ saytı və SİA.AZ saytları vasitəsi ilə həyata keçiriləcək. SOSİALXEBER.AZ və SİA.AZ saytlarında film tam tərkibdə yerləşdiriləcək ki, bu da bütün sayt oxucularının filmə baxması ilə nəticələnəcək.