Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Fəalları DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırıblar

Bazar ertəsi axşam hüquq müdafiəçisi Oqtay Gülalıyev DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. O, facebook-da yazıb ki, onu hansısa cinayət işinə görə çağırıblar.

Bu gün Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin sədri Emil Səlimov da həmin idarəyə çağırıldığını bildirib. O, idarəyə vəkili ilə birlikdə gedəcəyini qeyd edib və siyasi fəaliyyəti ilə əlaqədar ona qarşı hər hansı işin saxtalaşdırıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, şənbə günü fəal Fatimə Mövlanlının martın 31-də oğurlandığını və beş gün DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlanıldığı barədə bəyanat erdikdən sonra fəalların polisə çağırılması başlayıb.

Mövlanlı ondan AXCP-nin gənc fəallarına qarşı ifadə almağa çalışdıqlarını bildirib və onların arasında Səlimovun da adını çəkib.

Gülalıyev bir müddət əvvəl Mövlanlı ilə görüşü və onun yoxa çıxmasının hal və şərtləri ilə maraqlanıb.

Bazar ertəsi saat 18.20-yə olan məlumata görə, Gülalıyev və Səlumov hələ dindirmədən qayıtmayıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir