Ölkədə baş verən qiymət artımıyla bağlı kiçik sahibkar Kamal Həbibovla söhbətləşdik.
-Kamal bəy qiymət bahlaşmasının hansı təsirləri olacaq? – Təkcə ictimai-siyasi aktiv adamlar deyil, hətta sadə insanlar da yaxşı bilir ki, qiymət artımı bütün sahələrdə çalışan insanların sosial həyatına təsir edir. Xüsusi ilə bütün ümudlərini neft gəlirlərinə bağlayan, büdcəni ancaq xammal satışından asılı vəziyyətə salan və vaxtaşırı qiymətləri artıran bir hakimiyyətin xalqı düşünərək sosial yönümlü addım atması inandırıcı deyil. Taarif Şurasının vaxtaşırı heç bir sosial vəziyyəti müzakirə etmədən qərar verməsi, eyni zamanda istehlajk edilən mallara yaradılan süni əngəllər qiymət artımını zəruri edir və biz bundan qaça bilmirik. Bundan başqa, qiymətartımı siyasətinin sürətlənməsi, bir daha göstərir ki, hakimiyyətin iqtsiadi vəziyyətin yaxşıladşrımasına dair hər hansı dövlət proqramı yoxdur.
-Sizcə ölkəmizdə bahalaşmanın hansı sosial təsirləri ola bilər? – Əslində insanların bu qiymətə qarşı hər hansı dayanıqlı, daha doğrusu desək dolanışığını təmin etmək üçün imkanlarının olub-olmaması bu qərarı verənləri maraqlandırmır. Məsələn, benzinin qiymətinin artması ən çox sadə insanların dolanışığına təsir edəcək. İnsanlar əvvəllər ayda 5-10 kiloqram aldığı əti və digər məhsulların həcmini azaldacaq. Çünki, onun mövcud durumda buna maddi imkanı yetməyəcək. Qiymət artımı sosial və iqtisadı təsirlərlə yanaşı insanların sağlamlığına da təsir edir. Sosial-iqtisadi çətinlik, çətin dolanışıq, normal qidalanmamaq həm də insanların sağlamlığına təsir edir. Xüsusilə insanlarda son dövrlər əsəb gərinliyi və psoxoloji travma yaranması hiss edilir. Bir sözlə bahlaşma daha çox insanların pisxologiyasına mənfi təsir göstərir.