Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Müsavat imza vərəqələrini MSK-ya təhvil verdi

41 min imzaMüsavat Partiyasını təşəbbüsü ilə yaradılan “Respublika” təşviqat qrupu referendumla bağlı toplanılan seçici imzalarını bu gün saat 15:00-da Mərkəzi Seçki Komissiyasına təhvil verib.

Bu haqda “Basta”ya Müsavat başqanının müavini, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Yadigar Sadıqovməlumat verib.

“Ümumilikdə 88 seçki dairəsindən 41 128 imza toplanaraq müvafiq qaydada MSK-ya təhvil verildi. İmza toplanması prosesində müsavatçılarla yanaşı “Nida” və D-18 təşkilatlarının nümayəndələri də aktiv iştirak ediblər ”, – Yadigar Sadıqov bildirib.

Yadigar Sadıqov bildirib ki, Seçki Məcəlləsinə əsasən MSK ən geci bir həftə ərzində “Respublika” təşviqat qrupunun rəsmi qeydə alınması məsələsinə baxmalıdır.

Müsavat başqanı Arif Hacılı imzaların toplanması prosesində iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Arif Hacili 11“Bu, mövcud anti-demokratik şəraitdə çox çətin bir iş idi. İmza toplayan şəxslərə, hətta seçicilərə belə  total təzyiqlər var idi. Amma bu təzyiqlərə, imza toplanması üçün müddətin qısa olmasına baxmayaraq biz bu işin öhdəsindən gəldik. İmza toplanmasında iştirak edən hər kəsə, imza verən bütün seçicilərə təşəkkür edirəm”, – Arif Hacılı “Basta” əməkdaşı ilə söhbətində deyib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir