Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Müsəlman Birliyi Hərəkatına yaxın daha bir nəfər polisə çağrıldı

Rafiq Məmmədquluyevi həbs təhlükəsi gözləyə bilər

Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın aktiv üzvlərindən olan Rafiq Məmmədquluyevin ciddi təzyiq altında olmasını bir müddət əvvəl media orqanları işıqlandırmışdı. Redaksiyamıza daxil olan son məlumatlra görə hazırda Rafiq Məmmədquluyev həbs təklükəsi ilə üz üzrədir. Onun polisə çağırıldığı və ancaq Hacı Taleh və digərlərinin əleyhinə ifadə verəcəyi halda azadlıqda qala biləcəyi bildirilib. Onun hazırda harada olması barədə məlumat yoxdur və təzyiqlər altında olduğu bildirilir.

Ailə üzvlərinin məlumatına görə o dəfələrlə hədləyici zənglər alıb və bu hədələr çox ciddi xarakter daşıyır. Qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatı”nın daha bir üzvü Zülfüqar Sədrəddin oğlu Mikayılov da həbs edilib və onun barəsində seçilmiş məhkəmə qərarının dəyişdirlməsi ilə bağlı iddia bu günlərdə rədd edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir