Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Parlamentdə daha bir qalmaqal – Bu dəfə vitse-spikerlə…

Parlamentdə daha bir qalmaqal –

Milli Məclisin növbədənkənar iclasının sonuna yaxın millət vəkili Fuad Muradovla birinci vitse- spiker Ziyafət Əsgərov arasında gərginlik yaşanıb.
Bakunews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, buna səbəb “Daşınmaz əmlakın dövlət reyestr haqqında” qanuna dəyişikliklər zamanı F. Muradovun Z. Əsgərovun fikirlərinə irad tutması olub:

“Mən bilmirəm sizin dediklərinizin müzakirə olunan məsələyə nə aidiyyatı var?”.
Sonra millət vəkili çıxışında torpaqlarla bağlı bölgələrdəki duruma toxunub .

Bundan sonra birinci vitse- spiker ironik şəkildə F. Muradova “ Fuad müəllim, siz hansı dairədən deputat seçilmisiniz” sualını verib.
F. Muradov da əsəbi tərzdə Z. Əsgərova “Milli Məclisin saytına girsəniz, orda var”- deyə, cavab verib.
Bu zaman birinci vitse-spiker də uca səslə ona belə cavab verib:
“Siz hansısa kənd rayonundan seçilməmisiniz. Əgər Yardımlının dağ kəndindən seçilsəydiniz, onda bu barədə danışa bilərdiniz. Ümumiyyətlə isə, bu qanun layihəsini oxumamısınız. Oxusaydınız, belə deməzdiniz”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir