Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 14 ünvanında yaşayan sakinlər ərazidə olan ağacların kəsilməsinə etiraz edirlər
Bakunews.az Politika.Az-a istinadən xəbər verir ki, sakinlər etiraz əlaməti olaraq avtomobil yolunu bağlayıblar. Yol bağlanandan sonra sakinlərlə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı bir nəfər xəsarət alıb, əraziyə təcili tibbi yardım maşınları gəlib.
Əraziyə əlavə polis qüvvələri cəlb olunub, sakinlərlə danışıq aparılıb. Hazırda yol açılıb.
Sakinlər isə hələ də etirazlarını davam etdirirlər. Onlar kəsilən ağacların bərpasını tələb edirlər.