Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əli Hüseynlinin yersiz münəccimliyi

eli-huseynliYaxud müxalifət niyə bir daha hakimiyyətə gələ bilməsin ki?

“Nə müxalifət, nə də onların ideya daşıyıcıları bir daha Azərbaycan hakimiyyətində ola bilməzlər”. Bu sözləri Report-a deputat Əli Hüseynli deyib. O, daha sonra bildirib: “Onların (müxalifət nəzərdə tutulur) nə qədər xaricdən havadarları olsa da belə, xalq buna nə indi, nə də gələcəkdə imkan verməz.

Çünki Azərbaycan çox dəyişib. O formatda olan siyasət adamları müasir dövrdə heç qəbul olunmurlar. Bunu özləri də bilirlər. Doğrudur, bu qüvvələr hələ 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Onun nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atdılar. Bilirsiniz ki, 1993-cü ilin iyun ayından sonra bir neçə rayonumuz Ermənistan tərəfindən işğal olundu. Həmin qüvvələr isə iddia edirdilər ki, torpaqlar Heydər Əliyev hakimiyyətə gələndən sonra işğal olunub. Amma xalqı altadmaq mümkün deyil. Çünki o dövrdə ordu ayrı-ayrı şəxslərin dəstələrindən ibarət idi və həmin dəstələr isə AXC-Müsavat cütlüyünə aid olan adamlara məxsus idi. O dövrdə həmin dəstələr geri çəkilməklə bağışlanmaz səhvlərə yol verdilər. Yəni bu işğala da onlar şərait yaratdılar. Belə olmasaydı, torpaqlarımızı ermənilər belə asanlıqla işğal edə bilməzdilər. Doğrudur, ermənilər işğalçıdır və onlar xarici havadarlarının dəstəyi ilə işğalı reallaşdırdılar. Amma dediyim kimi, bu işğalın asanlıqla reallaşmasının günahkarı məhz AXC-Müsavat cütlüyünün hakimiyyətində təmsil olunan şəxslərdir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir