2 oktyabr 2018 il tarixində Mədəni İnkişaf və Dialoq İctimai Birliyi Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin və Bələdiyyəsinin təşkilati dəstəyi ilə YAP-ın akt zalında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirilən “Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində seminar – treninq keçirib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuşdu və maarifləndirici xarakter daşıyırdı. Tədbirdə rayonun müxtəlif orta məktəblərinin müəllimləri, səyiyyə işçiləri və kənd bələdiyyələrinin 100-dən artıq nümayəndəsi iştirak edib.
Tədbiri Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva açaraq tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim edib. İlk olaraq məruzəçi, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Cümhuriyyət dövründən I vitse prezidentliyə gələn yol” mövzusunda çıxış edib.
Məruzəçi dövlət və dövlətçiliyi əks etdirən mərasimlər, ənənələr və tədbirlərin, o cümlədən: gerb, himn, bayraq, rəsmi geyim, ölkənin həyatındakı müəyyən hadisələrlə bağlı oluğunu vurğulayıb. Mövzunun davamı olaraq digər aparıcı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Gender siyasəti” ilə bağlı çıxış etmiş və Azərbaycanda AXC dövründən başlamış müasir zamana qədərki vaxt ərzində cəmiyyətdə cinslərarası, fərdlərarası münasibətlərin formalaşmasından bəhs edib.
Tədbir müzakirələrlə davam etdirilib.