Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İtaliya Azərbaycandan siyasi məhbuslara azadlıq tələb edir

italiya-bayraqİtaliya hökuməti Azərbaycan hakimiyyətini araşdırmaçı jurnalist, keçmiş vicdan məhbusu Xədicə İsmayılın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv etməyə çağırıb.

Xarici işlər nazirinin müavini Vinçenzo Amendola bəyan edib ki, Xədicə İsmayılın hərəkət azadlığını məhdudlaşdıran qərar ləğv olunmalı və siyasi motivlərlə həbs edilmiş bütün şəxslər azad edilməlidir.

XİN rəsmisinin bəyanatı, ölkə deputatlarının Azərbaycanda insan haqlarının vəziyyətinə dair İtaliya hökumətinə müraciət etməsindən sonra verilib. Müraciəti İtaliyanın hakim Demokrat Partiyasının 18 üzvü imzalayıb.

Deputatlar Azərbaycandakı siyasi məhbuslar probleminə toxunublar. Onlar hökuməti Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyətini diqqətdə saxlamağa və bu sahədə problemlərin həlli üçün səylər göstərməyə, həmçinin, Xədicə İsmayıla qarşı qanunsuzluqları araşdırmağa çağırıblar.

XİN müavini Amendola deyib ki, İtaliya Azərbaycanda insan haqlarının müdafiəsi üçün çalışmaqda davam edəcək.

İtaliyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mişel Nikoletti (o, Xədicə İsmayılın azadlığı üçün fəal iş aparanlardan biridir) bildirib ki, Azərbaycanla ikitərəfli mübasibətlərdə insan haqlarının qorunması səylərini davam etdirəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir