“Məsləhət verin mən dərdimi kimə deyim”
Fərdi sahibkar, Cəlilabad rayon sakini, Ceyhun Nazir oğlu Sovzəliyev ölkədəki özbaşınalıqlardan, beznes mühititnin məhv edilməsindən, yüksək çünli məmurlara məxsus şirkətlərin onları sxışıdırıb, zorla özlərinə borclandırıb müflis etməsindən ölkə prezidentinə şikayət edib. O şikayətində dövlət başçısının son zamanlar elan etdiyi islahatların yalnız kağız üzərində qaldığını, heç bir məmurun sahibkara dəstək olmamasından, əksinə onları məhv etməsindən, gömrük və vergi rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında fərmanın icra edilməməsini bildirib. Ceyhun Sovzəliyev parça dükanının olduğunu və Gilan Holdinqə məxsus şirkətlərdən birindən daimi parça alıb Sədərək ticarət mərkəzndən satmasından bəhs edərək bildirib ki, sonuncu dəfə 220 min manatlıq mal aladıqdan bir neçə həftə sonra onu şirkətə çağıraraq bildiriblər ki, verməli olduğu məbləğ 220 min yox, 400 min manatdır. Bunun səbəbini soruşan sahibkara isə manatın qiymətdən düşdüyü və dolların qalxması bildirilib. Onun ölkə daxilində satdığı parçanı dollarla yox manatla satdığını diqqətə çatdıran Sovzəliyev dövlət başçısından kömək istəyib. Buna görə də, ona qarşı qaldırılan 180 min manat əlavə ödəmə iddiasının əsassız olduğunu deyən mağaza sahibi hüquq mühafizə orqanlarının da güclülərin tərəfindən durduğunu və onun sıxışdırıldığını bildirib. “Ümid edirəm ki, sonuncu ümid yeri kimi siz bu işə kömək edəcəksiniz. Yoxsa məni çox sıxsalar özümü yandıracam. Haqqımızın tanınması üçün kimə üz tutum. Məsləhət verin mən dərdimi kimə deyim?”