Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hacı Talehin həbsinə silahdaşlarından kəskin reaksiya

“Onun həbsi ölkədə sabitliyin pozulmasına hesablanıb”

Nardaran hadisələrindən sonra Hacı Taleh Bağırzadənin hələ də həbs olunmaqdan yayına bilmiş bir neçə dostu və silahdaşı onun həbsinə və ümumilikdə Nardaran hadisələrinə ciddi etiraz nümayiş etdirən bəyənat yayıblar: “Hacı Taleh hörmətli bir din xadimi olmaqla yanaşı, gözəl və nümunəvi insandır. Belə bir insanın həbs edilməsi – anlaşılmaz və ağlasığmaz bir haldır. Bu ölkədə sabitliyin pozulmasına hesablanmış addım kimi qiymətləndirilməlidir” – deyə bəyanatda qeyd edilir. Bəyanatın müəlliflərindənbiri olan Rafiq Məmmədquliyev yerli mediaya verdiyi açıqlamada əlavə olaraq qeyd edib ki, bu qanunsuzluq və vicdansızlıqdır: “Böyük təəssüflə bildirmək istəyirik ki, Hacı Talehin həbsi bu ölkdə ifadə azadlığının, din azadlığının, əqidə azadlığının məhvi deməkdir”.

Hacı Talehin azadlıqda olan digər tərəfdarları adından da Rafiq Məmmədquliyev bildirib ki, bu mübarizənin başlanğıcıdır: “Əlaqədar orqanlardan, Nardaran hadisələrinə görə bütün həbs edilənləri dərhal azadlığa buraxmağı və Hacı Talehi hec bir qeyd şərtsiz azad etməyi tələb edirik” – deyə bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir