Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Cəmiyyət Hadisə

Dindarlar işgəncəyə məruz qaldı

06 noyabr 2015-ci il tarixdə Müsəlman Birliyi Hərəkatınınsədr müavini Elçin Qasımlının Sabunçu rayonu Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasına görə Polis Əməkdaşlarıyla bir qrup əhali arasında qalmaqal yaranmışdır.

Polis bölməsindən verilən məlumata görə iki nəfər polis əməkdaşı yaralanıb. Adının açıqlanmasını istəməyən Nardaran kənd sakini bildirib ki, Polis İdarəsində 20 nəfərədək adam saxlanılmış və onların əksəriyyətinə işgəncə verilmişdir.

Gərginliyin dam etdiyini nəzərə alaraq Sabunçu rayon Polis İdarəsinə müraciət etsək də, iki nəfər polis əməkdaşının yaralanmasından başqa heç bir informasiya əldə edə bilmədik. Sabunçu rayonunda saxlanılanlarla görüşən İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudovla əlaqə saxladıq və komitə sədri öz monitorinq qrupuyla birlikdə Sabunçu Rayon Polis İdarəsində olduqlarını bildirdi. E.Behbudovun sözlərinə görə o, birinci müavini Elçin Şirinov, monitorinq üzrə qrup rəhbəri Fərhad Həsənov, hüquqşünas Rövşən Məmmədovla birlikdə monitorinq keçirmiş və özü şəxsən Elçin Sadıqlıyla görüşdüyünü bildirdi: “MənSabunçuRayon Polis İdarəsində saxlanılan dindarlardan 4-5 nəfərlə görüşdüm. Onların səhhəti yaxşıdır. Heç birinə də cinayət işi açılmayıb”.

Monitorinq qrupunun rəhbəri Fərhad Həsənov isə baş vermiş iğtişaşda saxlanılanlardan Ağaəli Yəhyayev və Elxan İsgəndərovla görüşdüyünü bildirərək qeyd etdi ki, hər iki şəxs işgəncə alıb: “Ağaəli Yəhyayevin üz-gözündə şişkinlik və qaşında tam qurumamış qan izi vardı. Olduqca halsız olduğunu, dünən gecə möhkəm döyüldüyünü bildirdi. Elxan İsgəndəro isə rezin dəyənəklə  ayaqlarının vurulduğunu, etiqadına yönəlik təhqirlər olduğunu bildirdi. Onun kürək və qarın nayihələrində göyərmələr və qançırlar vardı. Çox təəssüf ki, polis əməkdaşları şəkil çəkməyə imkan vermədilər. Mən deyə bilərəm ki, saxlanılanlara işgəncə verilib”.

Hüquqşünas Rövşən Məmmədov isə baş verənlərin insan hüquqlarına zidd olduğunu, həm də saxlanılanların vəkillə təmin edilmədiyini qeyd edərək normal istintaqın gedişinə şübhə ilə yanaşdığını qeyed etdi.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir