Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.
Vəkil Cavid Rzazadənin jurnalistlərə verdiyi məlumata görə, prosesdə bildirilib ki, A. Çovdarov səhhətində olan problemlərlə əlaqədar məhkəməyə gətirilməyib. Həkimlər A. Çovdarovu müayinə etdiyindən iclasda fasilə elan olunub.
Fasildən sonra Akif Çovdarov xərəkdə məhkəməyə gətirilib və xərəkdə uzalı vəziyyətdə prosesdə iştirak edib.