Azad Demokratlar Partiyası Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. Bu barədə Musavat.com-a partiyanın sədri Sülhəddin Əkbər məlumat verib.
Partiya sədrinin sözlərinə görə, AzDP-nin AİHM-ə müraciətinin səbəbi qeydiyyat məsələsi ilə bağlıdır.
S.Əkbər bildirib ki, partiya 2014-cü ilin iyul ayında yaradılsa da, bu günədək dövlət qeydiyyatına alınmayıb. Qeydiyyata əngəl yaradılmasıyla bağlı şikayət edən partiya ölkədə bütün məhkəmə instansiyalarını keçdikdən sonra AİHM-ə müraciət etməli olub.
Partiya sədri bildirib ki, artıq şikayət öz ünvanına çatıb.