Bugünlərdə baş verən bir hadisə də onu göstərir ki, korrupsionerlərin, avtoritarların məkanı daralır, belə sistemlərə qarşı heç bir güzəştdən söhbət gedə bilməz.
Britaniyanın baş naziri Devid Kameron sammitdən əvvəl “The Guardian” qəzetinə müsahibəsində deyib ki, Londonda daşınmazÿəmlak alan şirkətlərdən sahib və mənfəətdarlarının adlarının açıqlanması tələb olunacaq. “Biz öz daşınmazÿəmlak bazarımızı təmizləyəcək və korrupsiyaçılara aydın mesaj verəcəyik ki, onlar üçün burada ev yoxdur”- deyə Kameron yazıb.
Baş nazirÿ əlavə ÿedib ki, daşınmazÿ əmlakın alğı-satqısı ilə ÿməşğul olan agentliklər mülk almaq istəyənÿ əcnəbilərdən pulun mənşəyi vəÿ mənbəyini xəbər almalı olacaqlar. Artıq alınmış mülklərin sahibləri isə pulun qanuni yollarla qazanıldığını isbat edə bilmədikləri hallarda, bu mülklər müsadirəÿ olunacaq.
Göründüyü kimi, korrupsioner rejimləri daha ağır sınaq gözləyir və bu ən yüksək səviyyədə təsdiq olunmuş məqamdır. Bir müddət əvvəl Azərbaycan hökumətinə qarşı sanksiya məsələsi gündəmə gəldi və bu sanksiyların tətbiq olunmaması cəmiyyətdə müəyyən ruh düşkünlüyünə səbəb oldu. Amma yuxarıda qeyd olunanlar da göstərir ki, dünyada daha effektli vasitə hazırlanır və bu məngənədən çirkli pul sahiblərinin sağ çıxması mümkün olmayacaq.
Xatıladaq ki, Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu Azərbaycandan adı Panama sənədlərində olanların siyahısını ÿdərc edib və bu siyahıda 127 azərbaycanlının adı var. Ən mühüm isə budur ki, siyahıda hakim ailə və onlara yaxın olan şəxslərin adı da var. Bundan öncə hakim ailənin Londondakı mülkləri də gündəmə gəlmişdi. Daha öncə Vircin adalarındakı ofşor şirkətlərdə də hakim ailənin hesabları üzə çıxmışdı.
Devid Kameron da təsdiqləyib ki, bu mülklərin hansı pullarla alındığı araşdırılacaq və çirkli pullarla alınmış mülklərə Londonda yer olmayacaq. Deməli, yaxın zamanlarda Azərbaycan hökuməti daha ciddi problemlərlə qarşılaşacaq və ölkədən oğurlanmış pulların səs-sədası daha geniş yayılacaq. Bəli, gömrükdən 3 blok siqaret keçirilməsinə imkan verməyən hökumət, ölkədən yüz milyardları çıxardığına görə ittiham ediləcək.
Bəli, saysız-hesabsız korrupsiya layihələrinə imza atmış hökumətimizin sinması rəsmi şəkildə dünyanın “şərəf lövhəsi”ndən asılacaq. Bütün proseslər onu göstərir ki, cinayətkar rejimlər sıradan çıxarılır və dünya belə rejimlərlə əməkdaşlığı təhlükəli, effektsiz hesab edir.Rejim imici üçün xərclədiyi milyonları xalqın rifahına yönəltsəydi, yəqin ki, ölkədəki siyasi ab-hava bir qədər başqa cür olardı.
Amma uzaqgörən, dünyadakı prosesləri düzgün təhlil edən adamlar demokratiyanın qalib gələcəyini, avtoritarizmin məğlub olacağını israrla söyləyiblər. Eyni zamanda bir qrup mübariz insan da şərlə döyüşü davam etdirib, Azərbaycanın sivil ölkəyə çevriləcəyinə inanıb və bu gün də əminliklə mübarizələrini davam etdirirlər.
Mətləb Balakişiyev