Yerevanın mərkəzində toplaşan 2 mindən çox nümayişçi prezident Serj Sərkisyanın iqmətgahına doğru yürüşə can atır.
Nümayişçilər polis polkunun binasını ələ keçirən silahlı qrupu dəstəkləyir. Polis Sərkisyanın iqamətgahına aparan Baqramyan prospektini bağlayıb və nümayişçilərin hərəkətini dayandırmağa çalışır.
Qarşıdurma gözlənilir.
***
Jirayr Səfilyanın hazırda yarıgizli fəaliyyətə keçən “Təsis parlamenti” prezident Serj Sərkisyana xəbərdarlıq edib.
Radikal müxalif hərəkat bildirir ki, əgər Sərkisyan Çauşeuskunun aqibətini yaşamaq istəmirsə hakimiyyətin dinc yolla təhvil verilməsi prosesini başlatmalıdır. Bəyanata əsasən prosesin başlanğıcı kimi Yerevanda polis polkunun binasını tutan silahlı qrupla danışıqlar başlamalıdır. “Bu, Sizin üçün və xalq üçün dinc siyasi islahatlara başlamağın yeganə yoludur” – bəyanatda deyilir.
Çauşeusku keçmiş Rumıniya diktatorudur və qiyamçılar tərəfindən güllələnib.
***
Hazırda Yerevanın mərkəzi Azadlıq meydanında müxalifətçilərin silahlı qrupa dəstək nümayişi gedir. Nümayişçilərin bir qismi yaxınlıqdakı Respublika meydanına yürüş edib. Polis polkunu ələ keçirən silahlılara qarşı xüsusi əməliyyatın başladığına dair xəbərlər hələ təsdiqlənmir.