Cümə axşamı Amerika qanunvericiləri və hüquq-müdafiə qrupları avtoritar hökumətləri özgəfikirliliyə qarşı dözümsüzlükdən imtina etməyə, vətəndaş və mətbuata təzyiqlərə son qoymağa çağırıblar.
“Heç bir ölkə söz azadlığı hüququnu pozmaqla davamlı sabitliyə nail ola bilməz”, – konqresmen, insan hüquqları üzrə komissiyanın sədri Cim Makqovern iyulun 14-də ABŞ Konqresində təşkil olunan dinləmələri açarkən deyib.
Konqresmen belə ölkələr sırasında Azərbaycanın da adını çəkib. Bu ölkə hakimiyyəti “beynəlxalq təzyiqlər altında jurnalist Xədicə İsmayılovanı azadlığa buraxdı. Lakin eyi zamanda digər fəallar həbsə alınıb, həbsdə başqa jurnalistlər də var”, – o bildirib.