Manhetten federal məhkəməsi ABŞ və Özbəkistandan olan vəkillərə Özbəkistan prezidenti Gülnarə Kərimovanın ofşor hesablarda dondurulan yüz milyonlarla dollar vəsaitinin taleyi ilə bağlı razılığa gəlmək üçün 3 ay vaxt verib.
Hazırkı 3 aylıq möhlət iyulun 31-də bitir. Hakim tərəflərə oktyabrın 31-ə qədər vaxt verib. Əgər onlar razılığa gəlməsə, məhkəmə çəkişməsi yenə başlayacaq. Bir il əvvəl ABŞ-da Rusiyanın Vimpelcom və MTS mobil operatorlarının özbəkistanlı məmura rüşvət verdiyi və Avropa banklarında olan yüz milyonlarla dollar vəsaitin dondurulması ilə bağlı məhkəmə başlayıb.
İlk gündən bu məmurun Gülnarə Kərimova olduğu ehtomal edilir. Bu ilin əvvəlində isə məhkəmə sənədlərində onun adı çəkilib. Ötən il söhbət 300 mln dollardan, bu il isə əlavə 550 mln dollardan gedir.