Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Keçmiş deputat naziri şouda ittiham etdi

Keçmiş deputat naziri şouda ittiham etdi

“Çörəyin qiymətinin inzibati yollarla tənzimlənməsi çox yanlış siyasətdir. Bu monopoliya şəraitində olan iqtisadiyyatımızda əsl monopolistlərə gücü çatmayan İqtisadiyyat Nazirliyinin ucuz PR kompaniyasından başqa bir şey deyil”

Bu sözləri keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli çörəyin bahalaşmasından danışarkən deyib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin gücü ancaq kiçik çörəkbişirmə sexlərinə və marketlərə çatır:

“Hökumət rəqabət mühiti formalaşdırmalı, iqtisadi fəaliyyəti stimullaşdırmalı, sahibkarların ucuz resurslara çıxışını asanlaşdırmalıdır. Mən əminəm ki, əgər bunlar baş vermiş olsa, liberal bazar təşəkkül tapsa, çörəyin qiyməti indikindən də ucuz olar və bu məsələnin ətrafında bu qədər ajiotaj yaranmaz. Siz balaca bir hesablama aparın, 4 nəfərdən ibarət olan bir ailə gündə hətta iki buxanka çörək istehlak edirsə, 10 qəpiklik bahalaşma onun büdcəsinə ayda əlavə 6 manat yük olacaq, ancaq vətəndaş elektrik enerji tarifinə 1 qəpik əlavə və ya su tarifinə 50% əlavə, və ya metro, avtobus gediş haqqına 30-50% əlavə tariflə ödəyəcəksə, ümumiyyətlə ali məktəblərə təhsil haqqları da daxil olmaqla, qiymətlər Tarif Şurası tərəfindən tənzimlənən xidmət və mallara artırılan əlavələrə – onun (vətəndaşın) xərcini hesablayın”.

Ekspert üzünü İqtisadiyyat Nazirliyinə tutaraq çörəyin bahalaşması ilə bağlı reaksiya vermələrini tələb edib: “Niyə bu qiymət artımlarına Tarif Şurasına rəhbərlik edən iqtisadiyyat naziri səsini çıxarmır, ancaq özəl sektor olan çörəkbişirmə və satışı guya “tənzimləməyə” qalxaraq tv-lərdə qalaq-qalaq reportajlar verdirir. Demək ki, çörəyin qiyməti ilə bağlı bütün qalmaqal və tədbirlər şoudan başqa bir şey deyil”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir